adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Iyun 2021 12:57
21782
SİYASƏT
A- A+

Hacı Ələsgərov: “Ermənistan regionda yanlışlığa yola verərsə, məhv olacaq”

“Ermənistanın Azərbaycanla razılığa gəlməkdən başqa yolu yoxdur”.

Bu sözləri Adalet.az-a ictimai fəal, ekspert Hacı Ələsgərov bildirib.

“Ermənistan tərəfi cığallıq etməklə məşğuldur. Ancaq məğlub olan tərəf Ermənistandır. Beynəlxalq hüquq Azərbaycanıın tərəfindədir. Rəsmi İrəvanın Azərbaycanla bağlı razılığa gəlməkdən başqa yolu yoxdur. Ermənistan regionda yanlışlığa yola verərsə, məhv olacaq”.

İctimai fəal Ermənistan istər siyasi-iqtisadi, istərsə də hərbi baxımından iflasa uğradığını qeyd etdi.

“Hərbi ekspertlərin hesablarına görə, Ermənistanın yenidən ordu qurması üçün 15 ildən çox vaxt lazımdır. Bu da mümkün deyil. Çünki Ermənistanın iqtisadiyyatı çöküb”,-deyə ekspert qeyd edib.