adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Iyun 2021 15:55
23480
DÜNYA
A- A+

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan 15-16 iyunda Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində işğaldan azad edilmiş Şuşa şəhərində ikitərəfli görüşlər baş tutacaq. Bu görüşlərdə Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunacaq.

Dövlət başçıları iyunun 16-da Bakıda futbol üzrə Avropa Çempionatının qrup oyunları çərçivəsində Türkiyə-Uels görüşünü birgə izləyəcəklər.

“Bu dəfə Zəfərin qazanıldığı torpaqlara səfər edəcəyəm. Qardaşım İlham Əliyevlə birlikdə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilmiş, Türk Dünyası üçün tarixi şəxsiyyətlər yetişdirmiş Şuşanı ziyarət edəcəyik. Şuşada ikitərəfli görüşlər keçirəcək, qardaşım İlham Əliyevlə birlikdə iki ölkə arasında əməkdaşlığın inkişaf imkanlarını müzakirə edəcəyik. 16 iyunda Bakıda Avropa Çempionatının seçmə qrup oyunları çərçivəsində Türkiyə milli komandasının oyununu birgə izləyəcəyik", - deyə Ərdoğan Brusselə səfərdən öncə keçirilən mətbuat konfransında vurğulayıb.