adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Iyun 2021 19:11
28538
SAĞLAMLIQ
A- A+

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 322 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 247, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 775 641, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 811 104, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 964 537 təşkil edir.