adalet.az header logo
  • Bakı 20°C
15 Iyun 2021 09:25
31066
HADİSƏ
A- A+

Həbsxanada məhkumlar arasında qarşıdurma: Ölən və yaralılar var

Ekvadorun Quayakilya həbsxanasında məhkumlar arasında baş verən toqquşma nəticəsində 10-dan çox insan yaralanıb, iki məhbus ölüb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə həbsxananın direktoru Litoral Uertas Franklini məlumat yayıb.

Yerli medianın verdiyi xəbərə görə, həbsxanada baş verən qarşıdurma cəzaçəkmə müəssisəsi daxilində nəzarəti ələ keçirmək istəyən kriminal qruplar arasında baş verib.

Qeyd edək ki, təkcə 2021-ci ilin əvvəlindən Ekvador həbsxanalarında baş verən qiyamlar nəticəsində azı 85 nəfər məhbus ölüb.