adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Iyun 2021 13:59
22974
SİYASƏT
A- A+

“Sülhməramlıların mandatı müddətsiz olmalıdır” - Koçaryan

“Rusiyalı sülhməramlıların Dağlıq Qarabağdakı mandatı müddətsiz edilməli idi. Bu mandatın beş illik müddətə məhdudlaşdırılması problem yaradır”.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan Rusiya mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, Qarabağda böyük insident və toqquşmanın olmaması (yalnız kiçik hadisələr baş verib) tərəflərin Rusiyanın sülhməramlı missiyasını hörmətlə qəbul etdiyini göstərir. Və sülhməramlı kontingentin özü elə bir şəkildə işləyir ki, fəaliyyətinə görə bu, hörmətə layiqdir.

"İndiyə qədərki mənzərə belədir. Ancaq sülhməramlıların mandatı zamanla məhduddur - 5 il. Bu, ən böyük problemdir. Mandatın məhdudiyyətsiz, müddətsiz olması daha yaxşı olardı. 4,5 ildən sonra Azərbaycan Rusiyanı sülhməramlıların mandatının davam etdirilməsinin əleyhinə olduğu barədə məlumatlandırmaq hüququna malikdir. Rusiya da bu açıqlamaya görə oranı tərk etməli olacaq", - Koçaryan bildirib.