adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Iyun 2021 10:47
21024
HADİSƏ
A- A+

Bakı metropolitenində qısaqapanma olub

Bakı metropolitenində yenidən gərginlik problemi yaranıb.

"Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Adalet.az-a açıqlamasında bildirib ki, "Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib:

"Elektrik mühafizəsi dərhal işə düşüb, onu açıb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub. Metropolitenin iş rejimində dəyişiklik yoxdur"