adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Iyun 2021 12:00
23317
HADİSƏ
A- A+

Kəlbəcərdə göldə boğularaq ölən zabit dəfn olundu

Kəlbəcər rayon ərazisində Böyük Alagöl gölündə boğularaq ölən 1981-ci il təvəllüdlü, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun nəşi ailəsinə təhvil verilib.

Adalet.az xəbər verir ki, onunla ailəsinin yaşadığı Gəncə şəhərində vida mərasimi keçirilib. Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və sakinlər iştirak edib.

Daha sonra Azərbaycan Ordusunun zabiti Göygöl rayonu, Murovdağ qəsəbəsində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn edilib.