adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
24 Iyun 2021 09:44
30339
SAĞLAMLIQ
A- A+

Qarnı qurdlu adamlara məsləhətlər

Yaz və yay aylarında uşaqlar boş vaxtlarının əksər hissəsini həyətda oynamaqla keçirməyə üstünlük verirlər. Balacalar bağçada torpaqla oynamağı, qumdan kiçik evlər tikməyi çox xoşlayırlar. Valideynlər isə bu dövrdə daha diqqətli olmalıdır ki, uşaqların torpaqdan aldığı zövq xəstəliklərlə nəticələnməsin. Torpaq hissəcikləri ilə birlikdə orqanizmə helmintozlar, xüsusilə də askaridoz yoluxa bilər.

 Askaridoz - askarid adlı iri helmintlər tərəfindən törədilən qurd xəstəliyidir. Yoluxma qurdun yumurtaları ilə baş verir. Askarid yumurtaları torpaqda uzun illər qala bilir, buna görə də torpaqla çirklənmiş əllər və ya oyuncaqlar birbaşa infeksiya mənbəyi sayılır. Unutmaq olmaz ki, torpaq hissəcikləri evə ayaqqabıların və ev heyvanlarının tükləri üzərində də gələ bilər.

Askarid yumurtaları mikroskopla görüləcək dərəcədə kiçik olduğundan, çirkli əllərdən asanlıqla ağıza düşür və udulur. Yumurtalar həmçinin yuyulmamış göyərtidə, meyvə və tərəvəzlərdə də olur.

Mədədən bağırsaqlara keçən yumurtalardan sürfələr çıxır ki, onların da ölçüsü cəmi 0,5 mm olur. Belə kiçik sürfələr bağırsaqların divarını dəlir və qana keçir. Təbii ki, bağırsaqların həmin nahiyələrində qansızmalar əmlə gəlir. Qan axını ilə sürfələr ağciyərlərə gəlir, çünki bu mərhələdə onların ikişafı üçün oksigen lazım olur. Bu zaman onların ölçüsü artıq 2 mm-ə çatır və iri sürfələr ağciyərlərdə daha böyük qansızmalara səbəb olur. Yoluxma massiv olduqda bəzən ağciyərlərdə iltihabi ocaqlar da yarana bilir. Tənəffüs yollarına keçən sürfələr udulan bəlğəm vasitəsilə yenidən mədə-bağırsaq sisteminə düşür və nazik bağırsaqlarda yetkin qurdlar formalaşır. Sürfələrin inkişaf müddəti həftə müddətində baş verir, askaridin yumurtadan yetkin fərdə çevrilməsinə isə 2-3 ay vaxt sərf olunur. Yetkin askaridlər bağırsaqlarda bir ilə qədər yaşayır və dişi fərdlər sutka ərzində 240 minə qədər yumurta qoyur.

Artqı askaridin sürfələri orqanizmdə olduqda fəsadlar yaranmağa başlayır. İmmun sistem zəifləyir, temperatur yüksəlir, quru spastik öskürək və dəri səpkiləri əmələ gəlir. Bəzi hallarda isə yoluxma simptomsuz keçir və ya pnevmoniya, bronxit, allergiya kimi qiÜmətləndirilir.

Yoluxmadan 2-3 ay sonra askaridozun əlamətləri meydana çıxmağa başlayır:

- Uşaq tez-tez, xüsusən də gecələr qarında sancılardan şikayətlənir. Ağrılar birdən-birə başladığı kimi, birdən-birə də keçir;

- Dərinin rəngi solğunlaşır, bəzən zəif sarılıq əmələ gəlir;

- Uşağın çəkisi yaş normalarından geri qalır;

- İştaha pozulur, bəzən hətta qidaya qarşı ikrah hissi yaranır;

- Ürəkbulanma, qusma, ağız suyunun axması kimi əlamətlər yaranır;

- Bağırsaq pozuntusu özünü ishal və ya qəbizliklə göstərir;

- Bəzən nəcisdəqurdlar və ya onların hissəcikləri görünür;

- Tez-tez soyuqdəÜmə, tənəffüs və bağırsaq infeksiyaları baş verir;

- Uşağın yuxusu pozulur, gecə dişlərini qıcıyır.

 

Askaridoz özünü əksər hallarda payızın sonlarında biruzə verməyə başlayır. Bağırsaqlarda qurdların inkişafı və böyüməsi qida kütlələrinin hərəkətinin sürətlənməsi və sorulmanın pozulmasına səbəb olur. Belə olan halda uşaq orqanizmi onun inkişafı və böyüməsi üçün lazım olan qidalı maddələrlə, xüsusən də zülallarla təmin olunmur. Piylərin də sorulması pozulduğundan A vitamininin, həmçinin c vitamininin defisiti yaranır. Nazik bağırsaqlarda südü həzm edən fermentlərin aktivliyi zəifləyir, nəticədə bu məhsula qarşı götürməzlik yayılır.

Askaridozun ağırlaşmaları son dövrlərdə nisbətən az rast gəlinir. Bunlara çoxlu miqdarda qurdların bağırsaq mənfəzini tutması nəticəsində yaranan keçməməzlik, appendisit, bağırsaqların deşilməsi və nadir hallarda ayrı-ayrı fərdlərin mədəyə, yuxarı tənəffüs yollarına düşməsi və boğulma aiddir.

Onu da qeyd edək ki, askaridozun ağırlıq dərəcəsi bağırsaqlarda inkişaf edən askarid fərdlərinin çoxluğu ilə əlaqədardır. Çünki qurdlar öz həyat fəaliyyəti dövründə küüli miqdarda ifrazat məhsulları əmələ gətirir. Bunlar da bağırsaqlardan sorularaq orqanizmə toksiki təsir göstərir və xəstəliyin əlamətlərin formalaşdırır. Nə qədər çox toksiki maddə sorulursa, xəstəliyin gedişi də bir o qədər ağır olur.

Askaridoza diaqnoz qoÜmağın yeganə yolu nəcisin qurd yumurtalarına müayinəsidir. Nəcis müayinəyə qədər maksimum 12-18 saat saxlanıla bilər.

Müalicə başlayandan 2-7 günərzində yetkin qurdlar bağırsaqlardan tökülməyə başlayır.

Müalicə müddəti tamamilə bitdikdən sonra nəcis profilaktika məqsədilə yenidən müayinə olunmalıdır.

 

Askaridozun profilaktikası

 

Təmizlik - profilaktikanın əsasını təşkil edir. İlk növbədə fikir vermək lazımdır ki, həyətyanı sahələr, əkin torpaqları, uşaq qumluqları insan və heyvanların nəcisi ilə çirklənməsin. Düz düşən günəş şüaları qurd yumurtalarını məhv edir, buna görə də uşaq qumluqlarını günəşli yerlərdə salınmalı, torpaq tez-tez qarışdırılmalıdır. Həmçinin gülümbahar, noxud, yulaf və acıpaxla kimi bitkilərin kökləri tərəfindən ifraz olunan maddələr qurd yumurtalarına öldürücü təsir göstərdiyindən həyətyanı sahələrdə bunların bol əkilməsi məsləhətdir. Və nəhayət, uşağa qumla oynadıqdan sonra əllərini sabunla tərtəmiz yumağı öyrətmək lazımdır.

Helmintlərin əksəriyyətinin yumurtaları yapışqan maddə ilə örtülü olduğundan onlar düşdüyü əşyanın üzərinə bərk yapışır. Buna görə də onları əllərdən, meyvə və tərəvəzlərdən, göyərtidən, həmçinin məişət əşyaları və ayaqqabılardan təmizləmək üçün mütləq yuyucu vasitələrdən (sabun, yuyucu toz, qab yumaq üçün vasitə) istifadə etmək lazımdır. Xüsusilə göyərtini, meyvələri və tərəvəzləri əvvəlcədən bir neçə damcı qab yumaq üçün vasitə əlavə etməklə suda islatmaq, daha sonra isə axar su altında əl və ya əski ilə yumaq lazımdır.

 

Qurdlardan azad olmaq üçün xalq təbabəti reseptləri

 

Qurdlara qarşı bitki dəmləmələri

- Bərabər miqdarda qızılçətir otu, dağtərxunu çiçəkləri və zirə toxumları qarışdırılır. qarışıqdan bir xörək qaşığı bir stəkan qaynar suda bir saat dəmlənir. Gündə 3-4 dəfə bir xörək qaşığın dan daxilə qəbul edilir. Askaridozda yaxşı nəticə verir.

- Bərabər miqdarda acı yovşan otu və qızılçətir otu qarışdırılır, yığıntıdan bir xörək qaşığı bir stəkan qaynar suya əlavə olunur və vam odda 20 dəqiqə qaynadılır. 8 gün müddətində gündə iki dəfə - səhər acqarına və axşam yatmazdan qabaq bir stəkandan qəbul edilir. Daha sonra eyni miqdarda götürülmüş andız kökləri, qaragilə meyvələri və dağtərxunu çiçəkləri qarşıdırılır, bir stəkan qaynar suya bir xörək qaşığı yığınyı hesabı ilə dəmləmə hazırlanır. Dəmləmə 5 xörək qaşığından qəbul edilir.

- Hərəsindən 20 qr olmaqla aptek çobanyastığı çiçəkləri, istiotlu nanə yarpaqları, adi dağtərxunu çiçəkləri, kövrək murdarça qabıqları, acı yovşan otu və pişikotu kökləri, 30 qr yerkökü toxumları qarışdırılır. Alınan yığıntıdan 2 xörək qaşığı bir stəkan qaynar suda çay kimi dəmlənir və gündə iki dəfə, hər dəfə bir stəkan daxilə qəbul edilir. Üç gün ərzində aparılan müalicə asridlərə və soliterə qarşı effektlidir.

 

Sarımsaqla imalə qaydaları

 

- Bizquyruq qurdla yoluxma zamanı sarımsaqlı imalə effektli olur. Hazırlamaq üçün 5-8 diş sarımsaq əzilir və bir stəkan ilıq su ilə qarışdırılır. Süzüldükdən sonra alınan məhlulla imalə edilir.

- Böyük diş sarımsaq bir astəkan süddə yumşalanadək bişirilir. Süd süzülür və alınan məhlull aaxşam yatmazdan qabaq imalə edilir. Böyüklərə bir stəkan, uşaqlara isə yaşından asılı olaraq 70-100 ml həzmində məhlul bağırsaqlara yeridilir və bir gecə müddətində saxlanılır. Bu prosedur bir həftə müddətində təkrar edilir.

 

Balqabaq toxumları ilə müalicə

 

- Balqabaq toxumları hətta lentşəkilli qurdların müalicəsində də istifadə olunur. 300 qr təzə və ya qurudulmuş balqabaq toxumları qabıqdan təmizlənir, üzərindəki nazik yaşıl pərdə isə mütləq saxlanılır. Yaxşı-yaxşı əzdikdən sonra 50-60 ml su hissə-hissə əlavə olunur. Alınan kütlənin dadını yaxşılaşdırmaq üçün bir çay qaşığı bal və ya mürəbbə əlavə olunur. Xəstə acqarına bir saat ərzində qaşıq-qaşıq bütün kütləni qəbul edir. 3 saatdan sonra maqnezium-sulfat məhlulu qəbul etmək, daha 30 dəqiqə keçdikdən sonra isə imalə etmək məsləhət görülür.

 

Nar qabıqları

- Bir ədəd narın qabıqları xırdalanır və bir stəkan suda bişirilir. Alınan bişirmə süzüldükdən aonra 1,5 saat ərzində 3 dəfəyə içilir. Bu müddət ərzində qida qəbul olunmur. 3-4 saatdan sonra isə işlədici qəbul edilir.

 

Baş soğan qurdları qovur

 

- Böyüklər üçün: şüşə qaba ağzına qədər doğranmış soğan və yarısına qədər 40 faizli spirt tökülür. 10 sutka ərzində saxlanılır. Gündə 2 dəfə 1-2 xörək qaşığından daxilə qəbul edir.

- Uşaqlar üçün: orta ölçülü bir baş soğan xırda doğranır və bir stəkan qaynar suda 12 saat ərzində saxlanılır. 3-4 gün ərzində gündə 70-100 ml miqdarında qəbul edilir.

 

Yetişməmiş qoz

 

- 4 xörək qaşığı xırdalanmış yetişməmiş yaşıl qoz bir stəkan azca duzlanmış qaynar suda yarım saat dəmlənir. Süzüldükdən sonra alınan dəmləmə gün ərzində içilir. Həmin gün ərzində işlədici vasitə də qəbul edilir.

 

 

Ümumiyyətlə son illər qurd xəstəliklərinə yoluxma xeyli artmışdır. Bunların içərisində nematodozlar, enterobioza yoluxma daha geniş yer tutur.

Statistik məlumatlara əsasən, insan orqanizmində 250-dən artıq helmint parazitlik edir.

Respublikamızda isə 65 növ helmint qeydə alınmışdır ki, bunların içərisində 18-20 növü daha çox təsadüf olunur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada hər il təqribən 1,2 mlrd insan askaridoza , 900 milyondan çox ankilostomoza, 700 milyona yaxın insan isə trixosefalyoza yoluxur.

Son zamanlar qurd xəstəliklərinin müalicəsi həkimlər tərəfindən müxtəlif üsullarla həyata keçirilir. Bəzi həkimlər kimyəvi təkibli preparatlara üstünlük verirlər, bəziləri isə təbii tərkibli preparatlara. Amma nəzərə alsaq ki, kimyəvi preparatların qurdəleyhinə effektindən çox əlavə təsirləri var (qaraciyərin toksik zədələnmələri, immun sistemin zəifləməsi, ümumi intoksikasiya və s.), onda seçim təbii ki, bitki tərkibli preparatlar olmalıdır. Helmintlərin müalicəsi ondan ibarətdir ki, orqanizm helmintlərdən tamamilə təmizlənsin. Müalicədən əvvəl xəstəliyin törədicisini dəqiq təyin etmək vacibdir.

 

İLTİFAT