adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Iyun 2021 10:38
11100
İQTİSADİYYAT
A- A+

Turizm cənnəti Antalya - İlk qeydlər

Azərbaycanın öndə gələn bir sıra media qurumlarının əməkdaşları Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Antalya şəhərində səfərdədir.

Azərbaycan KİV nümayəndələrinin Antalyaya səfərinin təşkil olunmasında da əsas məqsəd bir daha bu diyarın turizm potensialı, həmçinin hazırkı dönəmdə həyata keçirilən təhlükəsizlik tədbirləri barədə əyani şəkildə məlumat verməkdir. 

Səyahətimiz zamanı istər Türk Hava Yollarında, istərsə də Antalya daxilində, otellərdə, tətil mərkəzlərində alının plaflaktik tədbirləri gördükdən sonra rahatlıqla deyə bilərik ki, Türkiyə ən güvənli turizm məkanlarındandır. Burada dənizin mavisi, təbiətin yaşıllığı insanı özünə heyran edir. Antalyanın əsas simvolu portağaldır.

Küçələrdə, yol kənarlarında tez-tez portağal, turunc, limon ağacları gözə dəyir. Şəhər özünəməxsus arxitekturası, tarixi abidələri ilə də məşhurdur. Türkiyənin ən zəngin muzeylərindən biri məhz Antalyadadır.

Burada Osmanlı imperiyasına qədər olan dövrün tapıntıları, romalılara aid heykəllərlə işlənmiş sarkofaqlar nümayiş edilir. Antalya Türkiyədə ən çox antik şəhər olan vilayətdir. Özünəməxsus arxitekturası və tarixi abidələri ilə məşhur olan şəhər dağlarla əhatələnib.


Qeyd edək ki, Antalyada 2, 3, 4 və 5 ulduzlu olmaqla 120-dək hotel fəaliyyət göstərir. Antalya daha çox yaxta gəzintiləri, Sidə, Likiya və digər qədim şəhərlərə, Düdən, Kurşunlu şəlalələrinə təşkil edilən ekskursiyaları ilə məşhurdur. Koronavirus pandemiyası müddətində Türkiyə turizm sahəsində gördüyü tədbirlərlə nümunə olub.

Sübhan Mahmudov

Türkiyə, Antalya