adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Iyun 2021 11:17
34593
ƏDƏBİYYAT
A- A+

Yazıçı şəhid və qazilərimizə kitab ithaf etdi

 İstedadlı həkim-yazıçı kimi yaradıcılığı son illərdə ədəbi ictimaiyyətin və feysbuk istifadəçilərinin diqqət mərkəzində olan Hümbət Həsənoğlu (Quliyev) oxucularını yeni çapdan çıxmış "Mesaj" kitabı ilə sevindirməkdədir. İlk gündən yaradıcılıq üslubu, həyata öz fərdi, qeyri-adi baxışı, orijinallığı ilə seçilən yazıçının yeni kitabına maraqlı hekayələr, esse, oçerk və novellalar, bugünümüzdən götürülmüş həyati-fəlsəfi rəvayətlər daxil edilmişdir.

Müəllif bu əsəri Vətən müharibəsinin şəhid və qazilərinə ithaf etmişdir. Sumqayıtın "Azəri" poliqrafiya müəssisəsində çap edilmiş kitabın redaktoru şərqşünas-filoloq, nəsimişünas, Vüsal Hətəmovdur. Sumqayıt Dostlar Klubunun təsisçisi və sədri olan Hümbət Həsənoğlunun indiyədək "Qanun" nəşriyyatında çap edilmiş 4 kitabı (“Statusman”, “Kəpənək xoşbəxtliyi”, “Aforizmlər”, “Hümbət Həsənoğlunun aforizmləri-2”), "Azəri" poliqrafiya müəssisəsində "Son Təbəssüm" və qardaş Türkiyədə “Kelebek mutluluğu” (“Kəpənək xoşbəxtliyi”) və “Aforizmalar” adlı iki kitabı oxucular tərəfindən maraqla qarşılanmışdır. Yazıçının artıq bir-neçə kitabı rus dilinə tərcümə olunmuş, Cənubi Azərbaycandakı soydaşlarımız üçün əski əlifba ilə çapa hazırlanmışdır. Onun əsərləri hazırda digər dillərə də tərcümə edilir.