adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Iyun 2021 15:08
71964
ƏDƏBİYYAT
A- A+

Ona zombi Qüdrət deyirlər... - Məhəmməd Azəroğlu yazır

Son aylar Şəmkirdə baş verən hadisələr bir şəmkirli kimi məni çox narahat edir.

Rüşvət, dövlət məmurlarının əhaliyə, hətta öz işçilərinə qarşı kobud davranışı, insanlar arasında çaxnaşma yaratmaqla bərabər, dövlətçiliyə, cənab Prezidentimiz İlham Əliyevin apardığı işıqlı və uğurlu siyasətə də kölgə salır.

Deməli, keçən ilin sentyabr ayında Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınskini işdən azad etdilər. 

Çox böyük səbrsizliklə gözləyirdim ki, bu mühüm dövlət idarəsini kimə həvalə edəcəklər?

Ancaq, xeyli gözləməli oldum.

Çünki, yeddi-səkkiz ay Təhsil Şöbəsinə heç kəs təyin edilmədi. 

Təhsil şöbəsi başsız qaldı.

Bu yaxınlarda Şəmkir rayon icra  başçısının sabiq müavini Qüdrət Əliyevin Təhsil Şöbəsinə müdir təyin edilməsi mənə hər şeyi anlatdı.

Sən demə, gözünədöndüklərim Təhsil Şöbəsini qoyublarmış hərraca.

Gözləyirlərmiş ki, kim daha yüksək məbləğ təklif etsə, onu da təyin etsinlər. 

Eşitdiyimə görə, Qüdrət Əliyev bu kresloya sahiblənmək üçün bir milyon manatından keçib. Ola bilər.

Çün ki, iclasların birində söylədiyi "Bu rayonda ən böyük rüşvəti alan da mənəm, verən də mənəm, mənə zombi Qüdrət deyirlər" sözləri bu faktı təsdiqləyir.

Aldığım məlumatlara görə, Qüdrət Əliyev ilk gəldiyi gündən Təhsil Şöbəsini çevirib bayquş yuvasına, işçilərin bir-birinə salam verməyə canı çıxır.

Təbii ki, səbəblər var.

Deməli, qağam işə başlayan kimi, əmr verib ki, bütün Təhsil Şöbəsinin işçiləri işdən azad olunmaqla bağlı ərizə yazsınlar, sonra bütün işçilər işə bərpa ediləcəklər.

Bütün işçilər ərizə yazıblar, axırda idarənin 8 nəfər işçisi işə bərpa edilməyiblər. Həmin insanların yerlərinə başqa adamlar təyin ediliblər, hansılar ki, adları kənd məktəblərində fəhlə kimi gedir.

İşdən çıxarılan insanların sırasında illərini təhsilimizə həsr etmiş, çox bacarıqlı mütəxəssislər də var. Həmin mütəxəssislərin Təhsil Şöbəsinə qaytarılması çox vacib bir məsələdir.

Aldığım başqa bir məlumata görə isə Qüdrət Əliyev Şəmkir rayonunda yerləşən Uşaq və Gənclərin İnkişafı Mərkəzinin direktoru Faiq müəllimə hədə-qorxu gəlib ki, ya özün ərizəni yaz, işdən çıx, ya da şərləyib çıxartdıracam.

Yazılan bir məktubda isə deyilir ki, Qüdrət bəy rayon məktəblərində şəhid və qazi ailələri üçün ayrılmış iş yerlərinə öz qohum-əqrəbasını təyin edir, məktəb direktorlarını, Təhsil Şöbəsinin işçilərini çox iyrənc və aşağılayıcı ifadələrlə təhqir edir. 

Bir sözlə, qağam qoçuluq edir.

Təbii ki, şəhid anasına, bacısına "ərə get" deyən, əqidəsini, vicdanını itirmiş bir məmurdan müsbət bir şey görmək bir az çətindir.

Deyirlər ki, Qüdrət Əliyev birinci dəfə Təhsil Nazirliyinə müsahibəyə gedərkən kurikulum təhsil sistemini bilmədiyi üçün lağa da qoyublar.

Vallah şir ürəyi yeyiblər, mən zombiyə lağ edə bilməzdim.

Qüdrət Əliyev, bir az al qazından, hakimiyyətin mənbəyi xalqdır!

Heç bir məmurun əhalini iyrənc söyüşlərlə alçaltmağa, təhdid etməyə haqqı yoxdur!

Cənab Prezidentin dəmir yumruğu sənin kimi çox zombiləri yerində oturdub.

Sən ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu dövlətçilik ənənələrinə, cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətə birbaşa ləkəsən! 

Yazımın sonunda hörmətli Təhsil Nazirimiz Emin Əmrullayevə səslənmək istəyirəm.

Cənab nazir, xahiş edirəm, bu xalqı zombilərin, qan içənlərin ümidinə buraxmayın.