adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Iyun 2021 12:02
35145
ŞOU-BİZNES
A- A+

Ünlü aparıcıdan ərinə ad günü sürprizi: Orkestrli paylaşım...

Aparıcı Xoşqədəm Baxşəliyeva həyat yoldaşı, tanınmış türk müğənnisi Doğuşun ad günü münasibəti ilə öz sossial şəbəkə hesabında belə bir paylaşım etmişdi: "Dəyərli dost, həyat yoldaşı, əsl insan... Nə yaxşı ki, bu gün doğuldun. 17 yaşına kimi "Kaş ki heç doğulmasaydım" demisən. Amma Allah o çətinliklərdən sonra sənə xəyalını belə qurmadığın həyatı bəxş edib. Heç zaman keçmişini unutmadın. Hər zaman köməyə ehtiyacı olanların yanındasan. Bu gün də mənimləsən. Sən dərdimi söylədiyim dostumsan, yaxınımsan, həyat yoldaşımsan. Nə yaxşı ki, anan səni dünyaya gətirib. Ad günün mübarək həyatım. Allah hər zaman köməyin olsun, səni pis insanlardan qorusun".


 Ümumiyyətlə, ünlü aparıcı ünlü müğənni ərini hər zaman ad günü münasibəti ilə təbrik edərkən fərqliliyi nəzərə alıb. Hətta o, ad günlərinin birində Doğuşa təriflər yağdırıb, onun necə sevdiyini bildirib: "Sən dünyanın ən xoşniyyətli, mərhəmətli insanısan. Bəzən ətrafdakılar sənin göstərdiyin hörmətini, mərhəmətini, xoş niyyətini başa düşmürlər. Daha doğrusu sənin bu halından istifadə edirlər. Ancaq sən bütün olanları bildiyin halda bu xüsusiyyətindən əl çəkməzsən. Məhz bu halın üçün səni daha çox sevirəm. Çünki mən sənin kimi qarşımdakının pis niyyətli olduğunu görüb, onu bağışlamağı bacarmıram”.  
Onların ailəsində bu gün xoş gündür.
Adalet.az  xəbər verir ki, aparıcının türk həyat yoldaşı Doğuşun doğum günü  münasibət ilə sosial media hesabında ailəsi ilə birlikdə görüntüləndiyi foto paylaşaraq Doğuşu təbrik edib. Bundan əlavə ona sürpriz etdiyi videonu da "İnstagram" hesabında paylaşıb. Videodan görünür ki, yuxudan duraraq pilləkanlardan enən Doğuş evin zalında nəfəsli orkestri görərkən çaşıb qalıb. Xanımının növbəti sürprizinin xoşuna gəldiyini üzünün ifadəsindən bəlli edir. 
İzləyiciləri də Xoşqədəm Hidayətqızına  qoşularaq  səbəbkara xoş sözlər yazıblar.


 

Əntiqə Rəşid