adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Iyun 2021 16:53
19085
SAĞLAMLIQ
A- A+

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 88978 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40804, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48174 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 511 219, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 214 990, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 296 229 təşkil edir.