SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: Zirvəyə gedən yol

  68225   |  
Şriftin ölçüsü  

... El-oba arasında nüfuz qazanmaq, hörmət sahibi olmaq və yeri gələndə insanlara düz yol göstərib ağsaqqallıq eləmək elə də asan məsələ deyil. Yadıma tibb elmləri namizədi və cəmiyyət tərəfindən sevilən həkim Rəşid Mahmudovun bir fikri düşdü: «Mənim tanıdığım bir savadlı ziyalıya dedim ki, çıx televiziya kanallarına, camaata öyüd-nəsihət ver, əxlaqi dəyərlərlə bağlı fikirlərini səsləndir. O da dedi ki, ay rəhmətliyin oğlu, nolsun ki, mən böyük aliməm, tanınmış ziyalıyam, amma öz evimdə qayda-qanun yarada bilmirəmsə, mən efirə çıxıb özümü biyabır etmək istəmirəm». Təbii ki, özünə hörmət edən adam elə belə də hərəkət etməli idi.

Mənim 30 ildən çox tanıdığım, dostluq elədiyim və qonşu olduğum Səməndər Eyvaz oğlu Məmmədov nəinki öz ailəsində, həm də yaşadığı, bizim Yeni Günəşlidə və eləcə də uzun müddət direktor vəzifəsində çalışdığı Sabunçu rayonunun 271 nömrəli tam orta məktəbdə  çox böyük hörmət, nüfuz sahibi olub. O, bir ildir ki, yaş həddi ilə əlaqədar təqaüdə çıxıb. Yenə də həmin kollektiv tərəfindən hörmətlə xatırlanır və yada salınır. Bu da təsadüfi deyildir. Çünki Səməndər müəllim bir pedaqoq kimi, bir ziyalı kimi və bir insan kimi hamı ilə öz dilində danışmağı bacaran bir ziyalıdır. Mən inanmıram ki, o nə yaşadığı, nə də işlədiyi kollektivdə kiminsə haqqına girib və kiminsə qəlbinə dəyib. Özünün sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və ən nəhayət insanlığı ilə çox böyük nüfuz sahibi olub.

O, tək işlədiyi 271 nömrəli tam orta məktəbdə deyil, Sabunçu rayonunun ictimai-siyasi həyatında fəal iştirak edib və rayon icra hakimiyyətinin keçirdiyi bütün tədbirlərdə bir ziyalı, bir müəllim, bir pedaqoq kimi çox orijinal və unikal çıxışlar edib. Onun çıxışlarını dinləyən neçə-neçə ziyalı deyir ki, Səməndər müəllim yeganə ziyalılardandır ki, o, rayonun hər hansı bir tədbirində çıxış edəndə çox maraqla qarşılanıb. Çünki bu böyük ziyalının ürəyi, qəlbi həmişə dolu olub və öz qəlbinin, ürəyinin hərarətini sevə-sevə insanlara paylayıb. Və təsadüfi deyildir ki, Səməndər Məmmədov sözün həqiqi mənasında hər bir insana qiymət verməyi bacaran bir ziyalı olubdur. Başqa sözlə demiş olsaq, o kiminsə haqqını özgəsinə verməyib.

Əlbəttə, insan cəmiyyətdə nüfuz qazanmaq üçün ilk növbədə onun özünün tutduğu yol vicdanlı, ədalətli və işıqlı olmalıdır. O adamlar cəmiyyət tərəfindən qəbul olunur ki, onların əməli ilə sözləri bir-birini tamamlayır. Ən azından onu az-çox tanıyanlar bilir ki, həmin şəxsin sələndirdiyi fikirlər boğazdan yuxarıdır, yoxsa ürəkdən, qəlbdən gəlir. Səməndər müəllim harda olubsa, harda işləyibsə, harda çalışıbsa, orda ürəyinin səsini və qəlbinin hərarətini insanlara paylayıb. Yəni, bu adam nə danşıbsa, nə deyibsə, sözünün də sahibi olub.

Elə insanlar var ki, onlar həmişə cəmiyyətdə nüfuz qazanmaqla yanaşı, insanlar arasında sülh, barış və sevgi yaradıblar. Yəni onlar yanan ocağın üstünə su töküblər. Su tökmək isə barış deməkdir, ağsaqqallıq deməkdir. Mənim 30 ildən çox tanıdığım Səməndər müəllim məhz belə böyük ziyalılardan biridir. Hər bir insan öncə öz ailəsində nizam-intizam yaratmalıdır və bu nizam-intizamı öz ailəsində yaradırsa, demək həmin insanlar başqalarına da yol göstərə bilər, məsləhət verə bilər. Mənim tanıdığım neçə-neçə insan var ki, ən çətin anda Səməndər müəllimin yanında olublar, ondan məsləhət alıblar və axırda da istəklərinə çatıblar. Yəni, Səməndər müəllimin ağsaqqallığı bir ailədə, bir evdə olan söz-söhbətə son qoyub və onlar arasında mehribanlıq yaradıbdır. Mən həmişə ona demişəm ki, dostum, qardaşım olsan da, səni hamımız ağsaqqal kimi tanıyırıq, ağsaqqallıq isə yaşla deyil, insanın əməli, müdrikliyi ilə müəyyənləşir.

Təbii ki, Səməndər Məmmədovun cəmiyyətdəki bu cür nüfuzu Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən həmişə qiymətləndirilib. Başqa sözlə demiş olsaq, Səməndər müəllimin rayon ictimai-siyasi həyatında iştirakı bir ziyalı, bir pedaqoq kimi vətənpərvər çıxışları onun nüfuzunun artmasına daha da böyük təkan verib. Bu yaxınlarda Sabunçu rayonunda Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Həmin konfransda Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev və rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev də iştirak ediblər. Konfrans yekdilliklə böyük ziyalı, böyük pedaqoq və yazıçı-publisist Səməndər Eyvaz oğlu Məmmədovu Sabunçu rayon Ağsaqqallar Şurasının sədri seçib. Bu münasibətlə həm millət vəkili Eldar Quliyev, həm də icra başçısı Adil Vəliyev Səməndər Məmmədovu təbrik edib. Səməndər müəllim də çıxış edərək bu yüksək etimada görə Ağsaqqallar Şurasının sədrinə və icra başçısına öz minnətdarlığını bildirib. O qeyd edib ki, mənə göstərilən yüksək etimada görə öz minnətdarlığımı bildirirəm. Çalışacağam ki, fəaliyyətimdə dövlətçiliyə, dövlətə xidmət edim, qarşıya qoyulmuş bütün vəzifələri yüksək məsuliyyətlə yerinə yetirim.

Aydındır ki, belə bir yüksək etimadın göstərilməsi Səməndər Məmmədovun həyatında yeni bir səhifə açır. O harda işləyibsə, həmişə göstərilən etimadı əməli işi ilə doğruldub. Daha doğrusu desək, tapşırılan işə yaradıcı yanaşır və orda «Səməndər adlı bir iz» qoymağı bacarıb və mən də bir dost olaraq inanıram ki, Rayon Ağsaqqallar Şurasının sədri kimi Səməndər müəllim çox böyük yeniliklərə, unikal hadisələrə və yadda qalan tarixi anlara imza atacaqdır.

Təsadüfi deyildir ki, Səməndər Məmmədov cəmiyyətdəki ictimai-fəallığına və dövlətçiliyimizə ləyaqətlə xidmət etdiyinə görə Prezident İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi» medalı ilə  təltif olunub və onu da qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub həmişə Səməndər müəllimə çox böyük qiymət və dəyər verib. Həmin qiyməti bir daha hörmətli oxucularımızın diqqətinə çatdırırıq ki, heç də o Ağsaqqallar Şurasına təsadüfən seçilməyib: «Təhsilimizin, maarifimizin, şeirimizin, sazımızın, sözümüzün səməndəri, pərvanəsi qardaşım Səməndər! Sən mənim elimin çox mərifətli oğlusan, çox böyük ürək sahibi olan gözəl bir insansan. Saçından dırnağına qədər şeirsən, şeiriyyətsən, sazsan, qara zurnasan, Faxralısan, Borçalısan, Azərbaycan təbiətisən, Türk dünyasısan. Sənin haqqında hər şey demək olar. Mən müəllim ailəsində doğulduğum üçün bilirəm ki, məktəb Məkkədir, müəllim peyğəmbərdir, qələm Allahın danışan dilidir, kitab Qurandır, mütaliə Allah işığıdır. Müəllim elmlə doludur. Allah hərəyə bir qismət verib. Ən böyük qisməti, ən böyük hüququ müəllimə verib. Müəllim həyalı, ismətli, abırlı, əl qabarı ilə, alın təri ilə, gözünün nurunu kitablarda kor eləyə-eləyə, elm oxuya-oxuya, elm öyrənə-öyrənə, elm öyrədə-öyrədə milləti tərbiyə eləyən ilahi bir varlıqdır. Onun ailəsi sazın telləri kimi nizam olmalıdır. Orada bircə tel kökdən düşdüsə, hava çalınmayacaq. O sazın 9 telinin 9-u da nizam olmalıdır ki, istədiyin vaxt istədiyin havanı çala biləsən. Mənim Səməndərim həmişə belə nizam kökdə olsun. Mənim Səməndərim qoy məclislərin yaraşığı olsun, könlümüzə layla çalsın, ruhumuza layla çalsın».

Mənim 30 ildən çox dostluq elədiyim böyük ziyalı, böyük insan, istedadlı yazıçı və publisist və yenicə Sabunçu rayon Ağsaqqallar Şurasına sədr seçilmiş Səməndər Eyvaz oğlu Məmmədov məhz belə bir insandır. Onun hər sözündən, hər kəlməsindən bal damır, sevgi yağır. Bir daha Səməndər müəllimi Ağsaqqallar Şurasına sədr seçilməsi münasibətilə bir dost olaraq təbrik edirəm, onun sevincinə şərik çıxıram və bu təbrikə mənim yaşadığım 13 nömrəli binanın sakinləri və eləcə də Səməndər müəllimlə uzun illər dostluq elədiyi insanlar və müəllim yoldaşları da qoşulurlar.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK