adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Iyul 2021 14:46
24524
ŞOU-BİZNES
A- A+

İstirahəti “burnundan gətirilən” müğənni söyüş söydü: “Ay mundar, ay anormal...”  FOTOLAR

Bildiyiniz kimi, əməkdar artist Könül Kərimova ötənilki kimi bu il də istirahət üçün Bodruma yollanıb. Hələ 2014-cü ildə Bodrumda ev aldığını açıqlayan müğənni yay istirahətlərini məhz orda keçirir. Tətilin , yayın keyfini çıxaran K. Kərimovanın qəflətən aqressivləşib və söyüş söyməyə başlayıb . Buna səbəb isə...
 

Adalet.az xəbər verir ki, müğənni istirahət günlərində çəkdirib, sonrada sosial şəbəkə hesabında paylaşdığı fotolarını izləyiciləri ilə bölüşmək , onların da fikrini almaq istəyib. “Instagram” izləyicilərinin xeyli hissəsi Könül xanımın dənizdə çimərkən yayımladığı şəkilləri ciddi tənqid atəşinə tutublar. Fotonun altındakı yazı belə olub:“Biri də yadıma düşdü, Afaq xanım demiş - “Göydən aloy yağer, a bajı”. Belədə ki, qadasın alım qazaxlıların, ləhcəsi də şirindir, özləri də. Allah sizi qorusun, ay gözəl qazaxlılar”,- deyə Könül Kərimova paylaşımında yazıb.

 

Amma izləyicilər onun qazaxlıların ləhcəsində danışmağına deyil, dənizdə çimən yerdə çəkdirdi fotolara təpki göstəriblər.

Müğənni ona ünvanlanan tənqid və təhqirlərə elə təhqirlə cavab verib.