adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Iyul 2021 12:00
13379
ŞOU-BİZNES
A- A+

Şou-biznesdə son durum: Şeyma barışdı, Corc ayrıldı...

İki ədəd xəbərimiz var. Biri kədərli, o biri sevincli. Kefinizi xoş etmək üçün əvvəl xoş xəbəri söyləmək istəyirəm.
Deməli, Türkiyənin məşhur sosial şəbəkə fenomeni Şeyma Subaşı misirli sevgilisi Mohammed Alsaloussi ilə barışıb. Hazırda bu dəqiqə Türkiyənin maqazin xəbər portalları bu xəbəri tirajlayır. 


Adalet.az  həmin “Maqazin” saytlara istinadən xəbər verir ki,  Şeyma bir yaxtada dostları ilə əylənəkən kameralara tuş gəlib. Şeymanın  barmağında Mohammedin aldığı üzük də diqqət çəkib. O, rəqs edərək üzüyünü göstərməyə çalışıb.

Görüntülərdə iş adamının olması da diqqətdən qaçmayıb. Subaşı barışıqdan duyduğu xoşbəxtliyini rəqs edərək göstərməklə yanaşı təkdaş üzüyünü də kameralara yansıtmaqda israrlı olub.. Bu sizin üçün şad xəbər-deyib sevincinizə şərik oluram.


O biri kədərli xəbər isə müğənni Roza Zərgərlinin oğlu Corc Qafarovla bağlıdır. nişanını qaytarıb.İfaçının oğlu "Zaurla Günaydın" verilişində maraqlı bir açıqlama verib:"Ayrıldım. Qız mənə seçim qoymuşdu: ya anan, ya da mən. O qızdan hər dəfə ayrılırdım. Amma elə oyunlar qururdu ki, barışırdım. Bu oyunların arxasında başqa adamlar dayanırdı".


R.Zərgərli açıqlamasında iki ildir nişanlı qalan oğlunu evləndirməyə hazırlaşdığı haqqında iki il əvvəl  demişdi: "Qız türkdür. Çox gözəl xasiyyəti var. Corcun öz seçimidir. Amma qızı görəndən sonra mənim də ürəyim getdi ondan ötrü. Artıq mənim oğlumun "həri"si də olub".


Qeyd edək ki, Rozanın Bənövşə adlı bir qızı, övladlığa götürdüyü iki oğlu var. Corc aktyorluq edir.

 

 Əntiqə Rəşid