adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Iyul 2021 15:24
31000
ŞOU-BİZNES
A- A+

Məşhurların yay istirahəti: Bizimkilər Bodruma, Sobçak Bakıya...

Yay mövsümünün ən qaynar çağlarıdır. Azərbaycan şou-biznes nümayəndələri ənənəvi olaraq yay tətilini xarici ölkələrdə , xüsusən Türkiyədə keçirməyə üstünlük verirlər.  Bodrum, Antalya, Kəmər, Bələk, Alanya və sair bir sıra özəlliklərinə görə, elə gedib dincəlməli yerdir.

Xaricə üz tutmaq o demək deyil ki, bizim Xəzər dənizinin  gözəllikləri, müalicəvi əhəmiyyəti yoxdu! Var!

 Adalet.az xəbər verir ki, Rusiya şou-biznesinin tanınmış simalarından olan Kseniya Sobçak Bakıya gəlib. Bu barədə o, özünün “Instagram” səhifəsində paylaşım edib.

Rusiyalı məşhur dəniz mövsümünü məhz şəhərimizdə açdığını qeyd edib.

O, bildirib ki, burada böyük çimərliklər və xoşagələn külək var. Odur ki, heç zaman isti olmur.

 Qeyd edək ki, Rusiyanın tanınmış telejurnalistlərindən biri, ölkə prezidentliyinə namizəd olmuş Kseniya Sobçak bir uşaq anasıdır. Konstantin Boqomolovla ailəlidir.

Əntiqə Rəşid