Dostumuz Elvin Hətəmov sosial şəbəkədə Şuşanın Azərbaycana bəxş etdiyi böyük şəxsiyyətlərin adlarını paylaşıb və təbii ki, bildiyi adları. Sonda da yazır ki, yaddan çıxanları əlavə edə bilərsiniz.
Dostum Elvin, yaddan çıxanlar elə sizin paylaşdıqlarınız qədər var. Elvin Hətəmovun siyahısını dərc edirik. Siyahıda olmayanların bir neçəsini də mən əlavə edirəm.
- Mehralı xan Cavanşir
- İbrahim xan Cavanşir
- Məmməd bəy Cavanşir Batmanqılınc
- Əhməd bəy Cavanşir
- Həmidə xanım Cavanşir
- Kərim bəy Mehmandarov
Mehmandarovlar nəsli xalqımıza bir çox şəxsiyyətlər də verib (30-a yaxın, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da bu nəsildəndir). Tədqiqatçı Vasif Quliyevin bu nəsil haqqında Azərbaycan və rus dillərində kitabı da nəşr olunub - «Mehmandarovlar».
- Fikrət Əmirov
- Mirzə Camal Cavanşir
- Məhəmməd ağa Müctehidzadə
- Əfrasiyab Bədəlbəyli
- Fərhad Bədəlbəyli
- Ceyhun Hacıbəyli (Ceyhun Hacıbəylinin nəvəsi, fransanın məşhur cazmeni)
- Cavanşir Məmmədov (kino-rejissor, Lenin mükafatı laureatı)
- Azad bəy Əmirov
- Yaqub Quliyev (general)
- Malıbəyli Həmid (Həmid Qurbanov, məşhur tarzən)
- Validə Tutayuk (akademik)
- Səttar Əsədov (akademik)
- Rəfael Hüseynov (məşhur jurnalist, hazırda Moskvada yaşayır)
- Məcid Behbudov (məşhur xanəndə və eyni zamanda Kərim ağa Cavanşirin Bayatdakı eşik ağası və Azərbaycana Rəşid Behbudov kimi bir sənətkarı bəxş etmiş kişi)
- Behbud bəy Cavanşir (Azərbaycanın ilk daxili işlər naziri)
- Firudin Şuşinski
- Seyid Şuşinski (Horadizdə doğulub, amma əslən şuşalıdı)
- Mehdi Məmmədov (rejissor, aktyor)
P.S. Dostum Elvin, başqa bir siyahı da tərtib etmək olar. Və bu siyahıya Şuşa kökənli böyük ziyalıları da əlavə etmək olar. Mən siyahıya iki belə şəxs əlavə etmişəm: Fikrət Əmirov, Fərhad Bədəlbəyli. O cümlədən də deyək ki, Polad Bülbüloğlu və sair və ilaxır.
Bəli, təkcə bir Şuşa şəhərinin bu dünyaya bəxş etdiyi böyük şəxsiyyətləri heç bir çox böyük xalqlar bəxş etməyib.
Və Möhtərəm Prezident bütün bunlara əsaslanıb Şuşanı Azərbaycanın Mədəniyyət paytaxtı elan edib və bundan sonra da bütün türk xalqları Şuşanı təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, türk dünyasının Mədəniyyət paytaxtı kimi qəbul ediblər.
P.P.S. Tədqiqatçı Vasif Quliyevdən («Günəş» jurnalının və «Şuşa» qəzetinin baş redaktoru) daha sanballı bir siyahı gözləyirik.