adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Iyul 2021 12:41
40633
ŞOU-BİZNES
A- A+

Şou-biznes aləmində “ayrılıq”  yaşayanlar : Cenifer Lopez, Serenay Sarıkaya...

 Hazırda iki şoubiznes nümayəndəsinin, sevgilisindən ayrılmış iki məşhur xanımın son durumu haqqında məlumat vermək istəyirik.

Birinci dünyada tanınmış müğənni- aktrisa Cennifer Lopezdən başlayaq. 

Adalet.az xəbər verir ki,  Ceni məşhur beysbolçu nişanlısı Aleks Rodriqeslə ayrılıb. Ömründə çox sevgililərindən ayrılan müğənni bunu özünə dərd etməyib. Dərd etməmək üçün də  keçmiş nişanlısı, Hollivud ulduzu Ben Affleklə tapışıb. Onu yoldan çıxaran və  yenidən evlənməyə qərar verən Lopez vurğulayıb ki, həyatının ən gözəl anlarını yaşadığını hamının bilməsini istəyir:

“Çox xoşbəxtəm və həyatımın ən gözəl günlərini yaşayıram. Gördüyüm işləri sevirəm, olduğum yerləri sevirəm, bu cür sevinc, bu cür xoşbəxtlik, bu cür sevgi həmişə mənə ilham verir”, - deyə 51 yaşlı məşhur bildirib.

 

İkinci ayrılıq yaşayan qadın türkiyəli məşhur aktrisa Serenay Sarıkayadı. Onun özündən 19 yaş böyük Cem Yılmazla münasibəti bir neçə ay əvvəl bitib.

Serenay şəxsi həyatı ilə bağlı danışaraq  hazırda ürəyinin boş olduğunu, həyatına kiminsə girməsinə hazır olmadığını bildirib. Cazibədar aktrisa nəyə görə özündən yaşca böyük insanlarla münasibətə meyl etdiyini də açıqlayıb:

“Öyrənməyə marağım olduğu üçün… Yəqin ki, təcrübəsi olan, xarakteri formalaşmış, daha təmiz enerjili insanlar məni cəlb edir”, - deyə S.Sarıkaya bildirib.

Türkiyəli aktrisanın da Cenifer Lopez kimi bir gün “Çox xoşbəxtəm və həyatımın ən gözəl günlərini yaşayıram” deməsi diləyi ilə

 Əntiqə Rəşid