adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Iyul 2021 16:32
46227
İDMAN
A- A+

“Soçi”-“Keşlə” oyununun hakimləri bəlli olub

Konfrans Liqasının seçmə mərhələsi çərçivəsində keçiriləcək “Soçi”-“Keşlə” oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.

“Matç TV” xəbər verir ki, Bakı kollektivinin Avrokubok matçında yekun qərarları Albaniyadan olan referilər qəbul edəcək.

Enea Yorqanın rəhbərlik etdiyi heyətə yan xətt hakimləri Ridiger Çokay və Reydi Avdo da daxildir. Oyunun dördüncü hakimi isə Kridens Metadır.

Qeyd edək ki, 2019-cu ildə “Arsenal” (Tula) və “Neftçi” (Bakı) arasında keçirilən Avroliqa matçını da məhz Yorqa idarə edib.