adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Iyul 2021 14:05
20638
HÜQUQ
A- A+

Sabiq məmur övladının narkotik satması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunun narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Quba Rayon Prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib.

Qeyd edək ki, bu gün rayon ərazisində keçirilən əməliyyat zamanı “Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər narkotik maddələr olan “patı” (metamfetamin), heroin və tiryək satarkən ələ keçirilməsi və bu zaman hüquq mühafizə orqanlarına bıçaqla müqavimət göstərərək hadisə yerindən qaçması barədə məlumat yayılmışdı.