adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Iyul 2021 17:45
41291
İQTİSADİYYAT
A- A+

Aran zonası ekoloji fəlakətə doğru: Kürün suyu növbəti dəfə azaldı  

 

Dünyada 50-dək ölkə ciddi su böhranı yaşayır. BMT-nin proqnozlarına görə, 2030-cu ildə su çatışmazlığı səbəbindən təxminən 700 milyon insan qaçqına çevrilə bilər.

Bu gün dünyada iki milyarddan çox insan çirkli su içir, 4,5 milyard insan sanitariya sahəsində lazımi xidmətlərdən məhrumdur.

 Adalet.az xəbər verir ki, Kürün quruması aktual mövzu olaraq ölkə əhalisinin təşvişinə səbəb olub., Azərbaycan da "risk zonası"nda olan ölkələrdəndir. Cənubi Qafqazın su ehtiyatlarının cəmi 10 faizi Azərbaycanın payına düşür. Və üstəgəl ölkəmizin transsərhəd sulardan asılılığı ümumi su istifadəsinin 74%-ni təşkil edir. Nəzərə alsaq ki, bu asılılıq həm də Ermənistan sərhədlərindən formalaşan su mənbələrinə aiddir, onda məsələnin ciddiliyi aydınlaşır.

Bu arada Kür çayında yaşanan ekoloji problem su böhranı məsələsini bir daha aktuallaşdırır.

.Beləki, br neçə gündür Kür çayında suyun səviyyəsi azalması haqqında sosial şəbəkələrdə və xəbər portallarında ard-arası kəsilmədən məlumatlar gedir.  Kürün aşağı axınında, Salyan rayonu ərazisindən keçən hissəsində vəziyyət daha ağırdır.

Belə ki, hər gün çayda azalmalar müşahidə olunur. İyun ayının 1-dən indiyədək Kür çayında suyun səviyyəsi 1,6 metr aşağı düşüb. Nəticədə çayın bir çox ərazilərində irili-xırdalı xeyli sayda adalar yaranıb.

Bu da Kür boyunca quraşdırılmış su nasos stansiyalarına ciddi təsir edib. Çayda su az olduğundan su nasosları tam gücü ilə işləyə bilmir.

Pambıq və digər əkin sahələrinin suvarılmasında çətiniklər yaşanır. Bununla yanaşı əhali şəxsi təsərrüfatlarını vaxtında suvara bilmədiklərindən bağlarda meyvə ağaclarının quruması müşahidə olunur.

 

 

Hazırda Kür çayının indiki vəziyyəti heç də ürəkaçan deyil. Mütəxəssislər hesab edirlər ki, yaxın vaxtlarda bununla bağlı təxirəsalınmaz tədbirlər görülməzsə, vəziyyət acı sonluqla nəticələnə bilər.

Qeyd edək ki, ötən ilin elə bu vaxtları da gündəmdə belə məlumatlar dolaşmaqdaydı. O vaxt məsələ barədə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi¬lli Hidrometeorologi¬ya Departamentinin baş hidroloqu Asif Verdiyev mediaya bildirmişdi ki, çayda suyun azalması qısamüddətli xarakter daşıyır: Son günlər ölkə ərazisinə düşən yağıntının miqdarının normadan az olması və çaylarda sululuğun azalması nəticəsində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Kür çayında suyun səviyyəsinin azalması ilə əlaqədar çayda axının sürəti də azalıb. Bu dövrdə şimal-şərq istiqamətli küləyin davamlı olması və arabir güclənməsi nəticəsində dalğalanma baş verib və dənizdən Kür çayının axınına doğru əks axın əmələ gəlib. Belə hadisə təbii amillərlə bağlı olduğundan qısamüddətli xarakter daşıyır”, - deyə Asif Verdiyev qeyd edib.

Əntiqə Rəşid