adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Iyul 2021 11:24
34865
MARAQLI
A- A+

Rusiyada saqqal vergisi 

I Pyotr 1698-ci ildə saqqal vergisi barədə fərman vermişdi. Fərmana əsasən, saqqal saxlayan insanlar statusundan və yaşayış yerindən asılı olaraq 30-100 rubl arası vergi ödəməli olacaqdılar. Vergisini ödəyənlərə bu barədə xüsusi sikkə verilirdi.

Saqqal saxlayıb vergi verməyi rədd edən insanlar isə saxlanılaraq məcburi təraş edilirdilər.

Rusiyada saqqal vergisi 1772-ci ilə qədər qüvvədə qalıb.

İddiaya görə I Pyotrun saqqala vergi qoymaqda məqsədi rus cəmiyyətini Qərbi Avropa modelinə uyğunlaşdırmaq imiş.

Rusiyadan başqa İngiltərə və Fransada da müxtəlif dövrlərdə saqqal vergisi olub.

 

Eminquey