adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Iyul 2021 16:01
48824
İDMAN
A- A+

Azərbaycan komandası Tokioda Yay Olimpiya oyunlarının açılışında paraddan keçib

Tokioda Yay Olimpiya oyunlarının açılış mərasimi başlayıb.

Adalet.az xəbər verir ki, Azərbaycan milli komandası Tokio Olimpiadasında paraddan keçib.

Paradda bayrağımızı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb. Paradda bayraqdarlarımızı yığmamızın şef-de-missionu olan Gənclər və İdman Nazirliyinin idman müdiri Fərid Mansurovla yanaşı, 24 nəfərlik nümayəndə heyəti müşayiət edib. Komandamız açılış mərasimindən Yunanıstan, Qaçqın Olimpiya Komandası, İslandiya və İrlandiyadan sonra 5-ci keçib.