adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Iyul 2021 12:40
44830
HADİSƏ
A- A+

İrəvan - Yerasx şosesində qurbanları: Ötən həftə əsgər, bu gün isə zabit ...

Ermənistanın Ararat vilayətində baş verən yol nəqliyyat hadisəsi nəticəsində daha bir erməni zabit ölüb.


 Adalet.az  “SputnikArmenia” saytına  istinadla xəbər verir ki, qəza bu gün səhər saatlarında – 05:30-da olub.

İrəvan-Arazdəyən (Yerasx) şosesində hərəkət edən maşın idarəetmədən çıxaraq aşıb. Sürücü, 35 yaşlı Ararat sakini Arsen Mirzoyan hadisə yerində ölüb.


Onun Ermənistan ordusunda tağım komandiri olduğu bildirilir.


Qeyd edək ki, İrəvan-Arazdəyən yolunda bir neçə gün öncə də qəza nəticəsində bir erməni əsgər ölmüş, 5-i yaralanmışdı.