adalet.az header logo
  • Bakı 7°C
27 Iyul 2021 15:50
66083
ŞOU-BİZNES
A- A+

Xalq artisti yenə “şok” yaşatdı:  Sinə meydan, zülf pərişan, bel nazik...- FOTOLAR


Azərbaycan şou-biznesinə açıq-saçıq geyimi, qeyri –adi açıqlamaları ilə yeni nəfəs gətirən  xalq artisti Aygün Kazımova yenə də öz ampulasındadır. 51 yaşlı müğənni çox vaxt səsi, mahnıları ilə deyil elə bu geyim tərzi və izləyicilərdə şok effekti yaradacaq açıqlamaları ilə gündəmdə qala bilib.


Ümumiyyətlə,  şou-biznesimizin bu günki  durumuna görə, bütün incəsənətsevərlər Aygün Kazımovaya borcludurlar!  Nəhayət  bizim Aygün sosial media hesabındakı paylaşığıı yeni fotosu ilə izləyicilərini bu dəfə də “ŞOK” etməyi bacarıb.


Adalet.az xəbər verir ki, sənətçi tədbirlərdən birində lentə alınan şəkillərini şəxsi "Instagram" hesabında paylaşıb.

 


Xalq artisti əynindəki açıq göy rəngli dərin dekolteli libası ilə diqqət çəkib. Onun paylaşdığı fotolar müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri sənətçiyə xoş sözlər ünvanlayıblar. Kazımovanın bu paylaşımına 15 mindən çox bəyənmə gəlib.
 Fotonu görüb “şok” olanlara deyin ki, birinci dəfədir ? 

 


 Əntiqə Rəşid