adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Iyul 2021 09:59
24731
SİYASƏT
A- A+

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin növbəti görüşü Pakistanda keçiriləcək

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli formatının növbəti görüşü 2022-ci ildə Pakistanda keçiriləcək.

Adalet.az-ın məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bu format üç qardaş ölkələr arasında münasibətləri daha da irəli aparacaq. O həmçinin Azərbaycan, Türkiyə və Pakistan dövlət başçıları arasında da üçlü formatın yaradıla biləcəyini diqqətə çatdırıb.