adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Iyul 2021 10:53
34515
HADİSƏ
A- A+

Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir - RƏSMİ

Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilmişdir.

Bu Barədə Adalet.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna baxmayaraq Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.