adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Iyul 2021 13:42
30125
DÜNYA
A- A+

ABŞ-ın İraqdakı səfirliyinə hücum 

İraqın paytaxtı Bağdadda, xarici nümayəndəliklərin və dövlət idarələrinin yerləşdiyi Yaşıl Bölgədəki ABŞ səfirliyinə qarşı raket hücumu təşkil edilib. Bu hücum İraqın baş naziri Mustafa Əl Kazıminin Co Baydenlə görüşündən sonra gerçəkləşdirilib.

Adalet.az-ın Amerika mətbuatına əsasən verdiyi məlumatına görə, Yaşıl bölgədə yerləşən ABŞ səfirliyinin yaxınlığına katyuşa raketi düşüb. Binanı qoruyan C-RAM lazer hava müdafiə sisteminin bu raketləri zərərsizləşdirməyə gücü çatmayıb. Raket parçaları çevrədəki evlərə, maşınlara zərər verib.

Qeyd edək ki, bu il ABŞ hərbi bazaları və səfirliyinə 50-dən çox hücum təşkil edilib.

Eminquey