adalet.az header logo
  • Bakı 11°C
29 Iyul 2021 14:06
33447
SİYASƏT
A- A+

Cahandar Bayoğlu- Bütün güneyli qardaşlarımız inanır ki...

İranda su qıtlığından yaranan etirazlar getdikcə böyüməkdə və  siyasi rəng almaqdadır. Xuzistan əyalətindən baş qaldıran su qiyamı artıq demək olar ki, ölkənin bütün bölgələrinə yayılıb.

Artıq nümayişlərdə ölkənin Ali dini lideri Əli Xameneyinin əleyhinə şüarlar da səslənməkdədir. İranın rəsmi dairələri iddia edir ki, etirazlar xaricdən körüklənir. Xüsusən ABŞ və İsrail bu ölkənin içində təlatümlər baş verməsinin tərəfdarlarındandır. Ona görə zaman-zaman etirazlar baş qaldıranda xaricdən müdaxilə edildiyi iddiaları da irəli sürülür. Lakin İranda ilk dəfə deyil ki, sosial şüarlarla mitinqlər baş tutur. Bundan əvvəl Urmiya gölünün qurudulmasına, o cümlədən bahalaşmaya qarşı genişmiqyaslı etirazlar olub. Ərdəbil Əyalətinin Kənd Təsərrüfatı Təşkilatının başçısı Xəlil Nikşad cari ildə şiddətli quraqlığın əyalətin kənd təsərrüfatı sahəsində ağır məbləğdə ziyan vurduğunu deyib.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, İsfahan əyalətinin yeni salınmış Baharistan şəhərinin Vəliyyi-Əsr meydanında toplaşan on minlərlə etirazçı Xameneyini ölkə əhalisinə xəyanətdə günahlandıraraq, onun hakimiyyətinə qarşı şüarlar səsləndiriblər.

“Xameneyiyə ölüm”, “Diktatora ölüm”, “İslam Respublikasını istəmirik”, “Xuzistan İsfahan, ittifaq, ittifaq” və “Ey qeyrətli iranlı kənarda durub baxma, bizə qoşul dəstək ver” şüarları səsləndirən etirazçılar həm də Əli Xameneyinin şəklindən ibarət asılmış böyük banneri cırıb yandırıblar.

İranın İlam əyalətinin Eyvan-i Qərb şəhərində isə minlərlə dinc etirazçı şəhərdə elektrik enerjisinin kəsilməsini bəhanə edərək, küçə və meydanlarda toplaşaraq ölkəni bərbad günə qoyan hakimiyyətə qarşı şüarlar səsləndirməklə Xuzistan əyalətindəki su üsyanına dəstək veriblər. Bildirilir ki, hər iki etiraz aksiyası hökumət qüvvələrinin müdaxiləsi nəticəsində dağıdılıb.

Son xəbərlərə görə, Xuzistan əyalətinin İze şəhərində keçirilən etiraz aksiyasında yerli sakin güllələnib. O, xəstəxanada dünyasını dəyişib. Daha 14 polis əməkdaşının yaralandığı bildirilib. İranda son on ildə baş verən ən güclü quraqlıq nəticəsində ölkənin bir çox şəhərində içməli su qıtlığı yaranıb. Su problemi daha çox Xuzistanda olduğundan hökumət səlahiyyətliləri vilayətə su tankerləri göndərir.

Bildiyiniz kimi, bir neçə ay bundan əvvəl Avstriyanın paytaxtı Vyanada İran və 7G ölkələri arasında görüş keçirilmişdir. Bu görüşün əsas mahiyyəti bu idi ki, İran nüvə maddələrinin zənginləşdirilməsini dayandırmalı və Qərblə mümkün qədər əlaqələr qurmalı idi. Əvəzində isə Amerika İranın bütün sanksiyalarının dayandırır və banklarda olan donmuş səhmlərini geri qaytarır.

Bu sənədin imzalanmasına hər iki tərəf yaxın olsa da, son anda fikirlər dəyişmişdir. İran xalqı “Molla” rejimindən bu görüşlə bağlı çox şey gözləsə də, hər şeyin hədər olduğunu deyə bilərik. Sanksiyalar səbəbi ilə, ölkə daxilindəki bahalaşma sürətlə artmaqdadır. Buna dözməyən Təbriz şəhərinin əhalisi də etirazlara başlayıb. Sosial şəbəklərdə yayılan xəbərə görə, əgər belə davam edərsə, İrandakı “Molla” rejimi devrilə bilər.

Turan Partiyasının başqanı Cahandar Bayoğlunun sözlərinə görə,  böyük qiyama doğru gedir və güneyli qardaşlarımız bu şansdan istifadə etməlidirlər:

“İranda baş verən olayları bundan əvvəl 1905-11, 1920, 1945 və 1979-cu illərdə baş tutan qiyamlarla qarışdırmaq olmaq. Artıq 2021-ci ildi və bütün dünya türklərlə hesablaşır. Şimali Azərbaycan müstəqillik əldə edəndən 30 il sonra Ermənistana və onun arxasında dayanan güclü dövlətlərə qarşı şanlı qələbəmizlə torpaqlarmızı işğaldan azad etdik. Suriyada, İraqda türklər artıq öz müqəddaratlarını həll etməyə yaxındlrlar. Kipr bir neçə gün əvvəl Türk dövləti elan edildi. Əfqanıstanda General Rəşid Dostum türk millətini öz milli iradısini ortalığa qoyub Özbək vilayəti yaradıb. Bu vilayətin bayrağı bizim bayrağa bənzəyir. Artıq 30 milyonluq türk öz iradəsini ortalığa qoyub İran adlanan Güney Azərbaycanın türk yurdu olduğunu təmin etməlidir. Bu fikrə bütün güneyli qardaşlarımız inanınr və bu mübarizədə milli hərəkatın hədəfi bölgədə 160 milyonluq türk toplumunun birliyidir”.

İLTİFAT