adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Iyul 2021 15:56
25681
DÜNYA
A- A+

Rusiya 5 milyard dollar cərimə ödəyəcək

Beynəlxalq Haaqa məhkəməsi, Rusiyanın Yukos Capital Sari şirkkətinnə 5 milyard dollar konpensasiya ödəməsi barədə qərar çıxarıb. Bu barədə məlumatı Yukosun Hollandiya fondu və Global Arbitration Review dərgisi məlumat verib.

Arbitraj məhkəməsinin son qərarına əsasən "Rusiya hökuməti, Yukos Capitalın öz şirkətləriə verdiyi borc vəsaitlərini məhkəmə qərarı olmadan qanunsuz olaraq ələ keçirib".

Rusiya tərəfi hələki bu məlumatı təsdiqləməyib.

Arbitraj məhkəməsi, Yukos Capitalın Rusiya hökumətinə qarşı qaldırdığı 13 millyard dollarlıq iddiasına 2013 -cü idən baxır. Rusiya tərəfi bu vəsaitin Yukosa məxsus olduğunu və vergidən gizlədildiyi üçün müsadirə edildiyini bildirir.

Rüstəm Hacıyev