adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Iyul 2021 17:34
54973
HADİSƏ
A- A+

"German" hospitalın səhlənkarlığı: Qarabağ qazisi vəfat etdi


Qarabağ qazisi, baş leytenant Habil Nəzər oğlu Cahangirli 1980-ci ilin 22 fevralında Lerik rayonunun Babaküçə kəndində dünyaya gəlib.

Adalet.az  xəbər verir ki, yaxınlarının mətbuata verdiyi açıqlamada deyilir ki, Habil Bakı Dövlət Universitetini bitirib, leytenant rütbəsi ilə hərbi xidmətə gedib, dönüb, 44 günlük Vətən müharibəsi başlayanda elan olunmuş səfərbərliklə ordu sıralarına çağırılıb, bütün müharibə boyu ön cəbhədə döyüşüb, xidmət etdiyi bölüklə Şuşa şəhərinə qədər gedib çıxıb. Habil 2020-ci ilin 31 dekabr günü, baş leytenant kimi ordudan tərxis olunub. Daha sonra, göstərdiyi igidliklərə görə ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.”


Müharibədən döndükdən sonra səhhətində problemlər yaranıb. Problemin nə olduğunu müəyyən etmək üçün  5 ay müxtəlif klinikalarda olur. Həm də analizlər, müayinə və mülaicələri öz cibinin pulu ilə həll edirmiş. Maraqlıdır ki, adlı –sanlı, reklamı tv-kanallardan düşməyən özəl klinikaların heç biri Habilin dərdini dəqiq müəyyən edə bilməyib. Üz tutulub gedilən klinikanın hər biri bir yanlış diaqnozla işlərini bitmiş hesab edib. Yalnış diaqnoza görə edilən yalnış müayinə və müalicə isə qazimizin səhhətin hər gün bir az bərbad vəziyyətə salırdı. Nəhayət 25 mayda məlum olur ki, əslində sıradan çıxan   mədə yox , yoğun bağırsaqdaymış.

 

Diaqnozun sabahı günü “Yoğun bağırsağın yayılmış törəməsi”.diaqnozu ilə Habil “German” hospitalda əməliyyat olunur. Xəstənin yaxınları onun əməliyyatdan sağ çıxmasına sevinməyə macal tapmamış, yenidən stressə düşürlər. Çünki baş leytenantın vəziyyəti əvvəlkindəndə pis duruma düşür. Həkim səhlənkarlığı ucbatından yaraya düşən infeksiyanın ölümçül təsirinə məruz qalan H. Cahangirli təcili Türkiyəyə  götürülür.   Ankaranın Hacettepə xəstəxanasına, reanimasiya şöbəsinə yerləşdirilir. Baş leytenantın yenidən sağalıb ayağa qalxması üçün yaxınları  7 min manat  Azərbaycan xəstəxanalarına , 45 min manat isə  Ankara Hacettepe xəstəxanasına  ödəyiblər.


Bu gün isə çox kədərli eyni zamanda bizi utandıracaq bir xəbərlə üzüldük. Azərbaycan səhiyyəsinin ölümcül hala saldığı  Vətən müharibəsi qazisi, baş leytenant Habil Nəzər oğlu Cahangirli bu gün səhər saatlarında müalicə aldığı Ankaranın Hacettepə xəstəxanasında dünyasını dəyişib.

 Əntiqə Rəşid