adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Iyul 2021 10:02
24203
DÜNYA
A- A+

Türkiyədə meşə yanğınlarını törədən şəxslər “iş başında” yaxalandı VİDEO

Türkiyənin Antalya vilayətinin Manavqat şəhərinin ərazisində meşə yanğınları törədən şəxslərin görüntüləri yayılıb.

“Anadolu” agentliyi xəbər verir ki, görüntülər pilotsuz uçuş aparatı vasitəsi ilə təsbit edilib.

Videoda aydın görünür ki, iki nəfər meşə ərazisində quru otlara od vuraraq ərazidən sürətlə uzaqlaşırlar.

Hadisəni törədən şəxslərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə dünəndən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində dörd nəfər ölüb, onlarla ev, iaşə obyektləri yararsız vəziyyətə düşüb.