adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Iyul 2021 13:59
27799
MƏMLƏKƏT
A- A+

Arzu Nağıyev: “Əvvəlki illərdən daha da ayıq-sayıq olmalıyıq”

Türkiyədə güclü meşə yanğınları hələ də davam edir. Yanğınlar ilk olaraq iyulun 28-i Antalyada başlasa da, daha sonradan 7 ayrı əyalətə keçib. Yerli mətbuatın yazdığına görə, yanğınların miqyası onun qəsdən törədilməsi ehtimalını günü-gündən artırır.
Belə ki, bu yanğın bir-birindən əlaqəsiz əyalətdə baş verir və yay aylarında isti havanın təsirindən baş verən yanğına bənzəmir.
Sosial şəbəkələrin Türkiyə seqmentində yanğınların kim tərəfindən törədilməsi ilə bağlı geniş müzakirələr aparılır. Bu müzakirələrin mərkəzində yanğının PKK terror qruplaşması nümayəndələri tərəfindən törədildiyi yer alır.
Keçmişdə özlərini "Atəşin övladları” adlandıran terrorçular Qaradəniz, İç Anadolu və Ağdəniz bölgəsində yanğınlar törətmişdi. İndi də bir-birindən kilometrlərlə uzaqda baş verən yanğınların yenidən bu terrorçular tərəfindən törədilməsi ilə bağlı şübhələr artıb.
Bütün bu müzakirələr davam edərkən, "Oda TV”nin yaydığı məlumata görə, PKK terror təşkilatının "Atəşin övladları” adlı qruplaşması yanğınla bağlı məsuliyyəti öz üzərinə götürüb.
Qeyd etmək lazımdır ki, PKK terrorçuları daha əvvəllər də onlara qarşı həyata keçirilən əməliyyatlara cavab olaraq təxribat və s. bu tipli cinayət əməllərinə əl atıblar.
 Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən, Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək.
Azərbaycan da zaman-zaman ekoloji terrora məruz qalıb. Biz zamanlar erməni tapdağınının altında olan torpaqlarımızda ermənilər ağlagəlməz vəhşiliklər törədiblər. 44 günlük Vətən Müharibəsində “Dəmir yumruq” kimi birləşib erməni işğalçılarını ölkəmizdən qovandan sonra məğlubiyyətdən daha azğınlaşan ermənilər hər fürsətdə ziyan vurmağa çalışırlar. Belə olan surətdə bu təhlükələrin əvvəldən qarşısının alınması istiqamətdə hansı işlər görülür? Bu sualla milli təhlükəsizlik üzrə eskpert, millət vəkili Arzu Nağıyevə müraciət edtik. Sualımıza cavab verər ki, millət vəkili bildirdi ki, dünyanın bütün dövlətləri ekoloji terrorla üzləşib: “Hər bir dövlətin təhlükəsizliyinə təbii ki, bir neçə təhdid var. Bunlar terrordur, ekoloju təhdiddir, yanğınların törədilməsidir. Bu istiqamətdə çox saylı faktlar var ki, sadə insanları təhdid altında saxlamaq üçün ekoloji terrordan tez-tez istifadə edirlər. Türkiyənin məhz turizmin inkişaf etdiyi, turistlərin çox olduğu ərazilərdə yanğınlar təsadüfən ola bilməz. Bu yanğınların törədilməsi zamanı bir çox terror təşkilatlarının adımın hallandırılması göstərir ki, planlaşdırılmış şəkildə törədilib. Burda adi terrodan söhbət getmir. Həm dəTürkiyə iqtisadıyyatının əsas gəlirli sahəsi olan turizmə zərbə vurmaqdır. Yəni yanğınların arxasında hansısa terrorçu qruplar deyil, onları bu işdə alət edən Türkiyəyə düşmən ölkələrdir. Belə baxanda hansı ölkələr olduğunu da aşkar ehtimal etmək olar”.
Daha sonra ölkəmizdə bu kimi halların ola bilmə ehtimalından danışan A.Hağıyev düşmənlərimizin tez-tez bu məkrli addıma əl atdığını bildirid: “Belə yanğınlar bizə yad deyil. Zaman-zaman ermənilər işğal etdiləri ərazilərimizdə ekoloji terror ediblər. Gah meşələrimizi qırıb dağıtdılar, gah od vurub yandırdılar. Gah çaylarımızı zəhərlədilər. Ağdamın “Qafqazın Xirosima”sı adlandırılması təsadüf deil. Onlar mənfur əməllərini bu gün də davam etdirirlər. Son vaxtlar minalanmış ərazilərə də od vururlar. Bu gün Azərbaycan torpaqlarını müzəffər ordumuz düşmən tapdağından azad edib. Ermənilər hər mənada Azərbaycana ziyanlıq vurmağa çalışacaqlar. Əllərinə düşən ilk fürsətdə də Azərbaycana qarşı bu cür təxribatları, ekoloji terrorları edəcəkləri hamıya məlumdur. Ona görə, bizim əsgərlərimiz, sərhədçilərimiz, milli təhlükəsizliyimizin keşiyində olanların boynuna böyük məsuliyyət düşür. Əvvəlki illərdən daha da ayıq-sayıq olmalıyıq.

İLTİFAT