adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Iyul 2021 16:00
21277
MƏMLƏKƏT
A- A+

Narkotika bir ailəni necə məhv etdi - Cavid Zeynallı yazır

Narkotikaya qurşanan bir qadının müsahibəsini oxudum. Ailəsi dağılıb, özünə 8 il iş veriblər. Qardaşı onu bu yoldan döndərmək istəyirmiş. Sonra o da bu cinayətə ortaq olub. Onun da ailəsi pərən-pərən olub, özünə 8 il iş veriblər. Oğlu qapıya gələn adamları döyüdüyü üçün o da həbs olunub. Deyir, anam xəstədir, təkdir, yanıma gəlib-gedən yoxdur. Oğlundan xəbər tuta bilmir. Rənanın indi ayaqları çürüməyə başlayıb. 1 ildən çoxdur həbsdə müalicə alır, amma "patı"nın orqanizmə vurduğu zərbəyə görə sağlamlığı bərpa olunmur. Çürümə davam edir. Bu tale bir görkdür. Belə adamların aqibətinə hamı bələd olmalıdır ki, özünü qorusun, həyatda müvazinətini saxlaya bilsin. Ən böyük maarifçiliyə indi ehtiyac var.