adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 Avqust 2021 11:14
38511
İDMAN
A- A+

Tokio-2020: Murad Əliyev diskvalifikasiya edildi

Fransanı təmsil edən Azərbaycan əsilli boksçu Murad Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında diskvalifikasiya edilib.

Adalet.az Report-a istinadla xəbər verir ki, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda hakimlərin qərarına əsasən Böyük Britaniya təmsilçisi Freyzer Klarka uduzub.

İlk raundda referilərdən 3-ü Əliyevin, 2-si isə Klarkın üstün olduğunu bildirib. İkinci hissədə Klarkın qaşı açılıb. Baş hakim hər iki boksçunu mərkəzə çağırıb və Əliyevin rəqibinə başı ilə xəsarət yetirdiyini söyləyib.

Boksçu isə buna kəskin şəkildə etiraz edib və dişliyi yerə çırpıb. Əliyev hətta sonda kameranı da itələyib.