adalet.az header logo
  • Bakı 12°C
03 Avqust 2021 14:49
52976
ŞOU-BİZNES
A- A+

Dünyanın ən varlı modelyeri Mark Yakobs haqqında maraqlı faktlar

 Ötən həftə dünyaca məşhur 58 yaşlı modelyer Mark Yakobs estetik əməliyyat olunması ilə bağlı dünya gündəmini məşğul etmişdi. Xəbər verilirdi ki, modelyer qırışlarından xilas olmaq üçün üzgərmə əməliyyatı etdirib. 

"Marc Jacobs" brendinin sahibi Mark bu prosedur üçün 50 min dollar (təxminən 85 min manat) ödəyib.
Yeni halını sosial şəbəkədə paylaşan modelyer "Artıq üzümü eynəklə gizlətmirəm" qeydini yazmışdı.

Adalet.az xəbər verir ki, Mark Yakobs haqqında maraqlı məlumatlar əldə edilib. Onunla bağlı  bir neçə faktı diqqətinizə çatdırırıq:

Mark Yakobsun əsl soyadı Silver olub. Dizayner ailədən ayrıldıqdan sonra təxəllüs götürməyə qərar verdi. Markın yeddi yaşındaykən atası öldü və anası bundan sonra üç dəfə evləndi. Uşaq buı hərəkətə dözə bilmədi və Manhettendəki nənəsi ilə birlikdə yaşamağa başladı.

Satmağı bacardığı ilk işi hələ “Parsons Dizayn Məktəbi”ndə tələbə olarkən yaratdığı toxunma jiletlərlə məşhurlaşmışdı.    Yeri gəlmişkən,  bu sənəti ona ilk dəfə nənəsi öyrətmişdi.

1987-ci ildə Amerika Şurasının Moda Dizaynerləri Mükafatını (CFDA) alan ən gənc dizayner oldu. O, ilk dəfə  işinə görə 24 yaşında  mükafatlandırıldı.
1992-ci ildə Perry Ellis markası üçün ilk grunge kolleksiyası üçün Jacobs, ictimaiyyətin sevincinə baxmayaraq işini itirdi - nəticədə dizaynerin məhz bu üslubu məşhur oldu.

 


80 ölkədə 200 -dən çox pərakəndə satış mağazası var.

Modelyer  3 il  əvvəl 2019-cu ildə sevgilisi, 38 yaşlı həmcinsi model Defransesko ilə möhtəşəm toy edərək evlənibdir.

İsveçrədə anadan olan şar əslən italyandır. Uzun müddət Nyu-York və Los-Ancelesdə yaşayıb.  Yakobs isə Nyu-Yorkda anadan olub. Dünyanın məşhur modelyerlərindən biridir.

Əntiqə Rəşid