adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Avqust 2021 09:27
19961
HADİSƏ
A- A+

Hacıqabulda iki avtomobil toqquşub - xəsarət alan var

Hacıqabul rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Abbasov İlham Aydın oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)