adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
03 Avqust 2021 12:42
42239
HÜQUQ
A- A+

Baş prokurur Eldəniz Səlimova qarşı qaldırılan cinayət işinin maddəsinə aydınlıq gətirib

Baş prokuror Kamran Əliyev polisi döyən deputat Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanması məsələsinə aydınlıq gətirib.

K.Əliyev bildirib ki, hadisə baş verən zaman həmin polis əməkdaşı vəzifə başında olmayıb:

“Bilirsiniz ki, həmin vaxt polis əməkdaşı vəzifəsinin icrasında olmayıb, onu zəng edib ora çağırıb, ona görə də 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə ) maddəsinin tətbiqi uyğun deyil. Əgər hadisə polis vəzifə başında olan zaman baş versəydi, bu maddənin tətbiqi nəzərdən keçirilə bilərdi”.