adalet.az header logo
  • Bakı 17°C
03 Avqust 2021 13:25
23356
DÜNYA
A- A+

Jirinovski yenə sərsəmlədi

Deyəndə ki, bu adam xəstə təfəkkürlüdür, inanmaq istəmirlər. Bunun çıxışları heç vaxt öz məntiqinin məhsulu deyil, yenə şübhəylə yanaşırlar. 30 ildi bu avantürüstün Kremlin layihəsi olduğunu dərk etməmək...  Kremlun açıq deyə bilmədiyini, bu sərsəm klounun diliylə dedirməsi artıq siyasətdən uzaq uşağa da məlumdur.

  İndi  Vladimir Jirinovski, bir türkiyəli professorun, "Rusiya Şimali Kiprin müstəqilliyini tanısın, Türkiyədə Krımın Rusiyanın tərkib hissəsini" kimi şəxsi fikrini əsas götürərək yenə "Komsomolskaya Pravda" radiosuna müsahibə verib.

""Afərin, türk professor. Onlara heç kimin Şimali Kipr Respublikasının heç vaxt tanınmayacağı bir vaxtda, bu vəziyyətdən çıxması lazımdır. Gəlin biz birlikdə,  eyni vaxtda - onlar Krımı, biz də Şimali Kipri tanıyaq"- deyə Jirinovski bildirib.

Radio aparıcı Vladimir Vorsobin "axı türklər bizi aldada bilər" sualına, bu sərsəmin verdiyi cavaba baxın. " Biz bunu bir vaxta edə bilərik, Hər iki ölkənin parlamennti eyni vaxtda qərarı təsdiq etməlidi. Biz istədiyimiz vaxt bu qərarı ləğv edə bilərik. Səfirimizi də ora göndərə bilərik, Mən ora Vlasovla Dyupini göndərərəm. Qoy getsinlər orda dincəlsinlər. Otellər orda ucuzdur, sahil qumları da yaxşıdır. Düzdür, yunanlar bundan narazı qalacaqlar" İntonasiyasından elə çıxır  ki, "yunanlar cəhənnəmə narazı qalsınlar".

30 ildən çoxdur ki, "siyasətlə" məşğul olan Vladimir Volfoviç, hələ də bilmir ki, səfirləri Rusiya Liberal Demokratik Partiyasının sədri yox, Rusiyanın prezidenti təyin edir.

Rüstəm Hacıyev