adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Avqust 2021 09:10
12639
MƏMLƏKƏT
A- A+

Bu yollarda tıxac var - SİYAHI

Bakının əsas küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Bu barədə Adalet.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 

Belə ki, Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində güclü sıxlıq müşahidə olunur.

Eləcə də Yavər Əliyev küçəsi – (aeroport şosesinə çıxan yol), Binəqədi şosesi – (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Ziya Bünyadov prospekti – əsas yol - (əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, 20 Yanvar dairəsi istiqamətində) nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.