adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Avqust 2021 09:20
9454
SAĞLAMLIQ
A- A+

Peyvənd vurdurmaq istəyən əcnəbilər hara müraciət etməlidir? - AÇIQLAMA

Ölkədə daimi yaşamaq hüququ olan əcnəbilər koronavirusa qarşı peyvənd vurdurmaq üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət edə bilərlər.

Bu barədə Adalet.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, daimi yaşamaq icazəsi olmayanlara isə koronavirusa qarşı peyvənd vurulması həyata keçirilmir.

Qeyd edək ki, bu il ilk 6 ayında Azərbaycanda daimi yaşayış icazəsi alan əcnəbilərin sayı 1231 nəfər olub. Ötən illə müqayisədə artım 33,3 faiz olub. 2020-ci ilin ilin birinci yarımili üzrə bu rəqəm 820 nəfər təşkil edib.