adalet.az header logo
  • Bakı 18°C
09 Avqust 2021 17:29
14773
SAĞLAMLIQ
A- A+

Payıza doğru rəqəmlər bir az da artacaq - Həkim-infeksionist

Koronavirusa qarşı 3-cü doza vaksin vurdurmaq qoruyuculuğu bir az da artırır.

Adalet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib. Onun sözlərinə görə, vaksinasiya xəstəliyin ağır gedişatının qarşısını alır:

"Koronavirusa yoluxma sayında artımın əsas səbəbi insanların son vaxtlarda xəstəliyə səthi yanaşmalarıdır. Həmçinin, tədbirlərin yumşaldılması, kütləvi yerlərdə maskadan geniş istifadə olunmaması da buna təsir göstərən amillərdəndir. Hesab edirəm ki, vəziyyət belə davam etsə, əvvəlkilər qədər olmasa da, hissəvi sərtləşmə olacaq. Koronavirusla mübarizədə vaksinasiya yeganə ümidimizdir. Bu gün ağır xəstələrin böyük bir qismi vaksinasiya olunmayanlardır. Belə ki, ölənlərdə bu rəqəm 95 %-ə bərabərdir. Payıza doğru rəqəmlər bir az da artacaq".