adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Avqust 2021 18:14
18880
SAĞLAMLIQ
A- A+

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Avqustun 11-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 65 269 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 43 380, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 21 889 nəfər olub.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 543 311, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 243 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 299 824 təşkil edir.