adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Avqust 2021 15:25
14911
SAĞLAMLIQ
A- A+

 COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Avqustun 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 64 280 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 337 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5607591, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3287430, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2320161 təşkil edir.