adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Avqust 2021 16:42
12602
SAĞLAMLIQ
A- A+

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Avqustun 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 63 547 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 587, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 960 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 671 138, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 332 017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 339 121 təşkil edir.