adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Avqust 2021 12:58
24306
SAĞLAMLIQ
A- A+

ÜST-dən vaksinasiyanın məcburi olması ilə bağlı AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vaksinasiyanın məcburi olması təklifinə münasibət bildirib.

Adalet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Təşkilatın rəsmi nümayəndəsi Fadela Şaib bəyan edib ki, ÜST peyvəndin məcburi olmasının lehinə çıxış etmir.

Onun sözlərinə görə, vaksin pandemiya əleyhinə ən mühüm vasitələrdən biri olsa da, bu, peyvəndin məcburi olması üçün səbəb deyil.

Təşkilat rəsmisi daha çox təbliğat işi və bütün ölkələrin vaksinlə təmin olunması üzərində çalışmağı tövsiyyə edib.