adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Avqust 2021 11:19
22585
SAĞLAMLIQ
A- A+

Qonşu ölkələr karantinə qayıtdı, bəs biz?

Məlum olduğu kimi, “Covid 19”-a yoluxanların sayında kəskin artma səbəbindən qonşu dövlətlərdə İran, Gürcüstan və Türkiyədə yenidən sərt karantin bərpa rejimi bərpa edildi. Bu günlərdə Azərbaycanda da yoluxanların sayının 3500-ü aşması, sonrakı günlərdə 2500-dən aşağı düşməməsi ciddi narahatlıq doğurur.Azərbaycan rəsmiləri korona virusa yoluxanların sayı ilə bağlı statistikanın kəskin artıb-azalmasından narahat olsalar da. Hələ də sərt karantin barədə danışmırlar. İnsanlar isə narahatdırlar. Çünki qovşu dövlətlərdə sərt karantin rejimi insanlarda yenidən o rejimə qayıtmaq əndişəsi yaradır. Məsələn, İranda avqustun 16-dan 22-dək ölkə ərazisində sərt karantin elan edilib. Hökumətin qərarına əsasən, bir həftə ərzində özəl və dövlət müəssisələri, banklar, bazarlar və ticarət mərkəzləri bağlanacaq. Təcili tibbi yardım, ərzaq və yanacaq daşıyan avtomobillərdən başqa digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq. Gürcüstanda da analoji addımlar atılıb. Belə ki, qonşu ölkədə koronavirusla əlaqədar olaraq avqustun 14-dən sentyabrın 4-ə qədər sərt karantin qüvvəyə minib, ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb, digər əlavə tədbirlər həyata keçirilib. 

Ekspertlərin sözlərinə görə, Azərbaycanda da bu sahədə statistik rəqəmlərin kəskin artması sərt karantin tədbirlərinin başlanılmasını zəruri edir.

Həkim vurusoloq Lalə Alcanın sözlərinə görə, əvvəlki sərtləşdirilmə qaydalarının hamısı bərpa edilməlidir.

Bu barədə “Adalet.az”-a danışan Lalə xanım sərt karantin rejiminin barpa edilməsinin vacibliyini bildirdi.

”Əslində hamı kimi mən də sərt karantin rejiminin əleyhinəyəm. Çünki o cür stressli günləri yenidən yaşamaq istəmirəm.  Lakin təəssüflər olsun ki, bundan başqa carə qalmayıb. “Covid-19”-a yoluxanların sayında kəskin artım onu göstərdi ki, əvvəlki sərt rejim tətbiq olunmasa bu yoluxmanın sayı lap artacaq”

Berlə bir vəziyyətin yaranmasını vətəndaşlarımızın səhlənkarlığı ilə əlaqələndirən L. Alcan bildirdi ki. proseslərin gedişi SMS icazəsinin tətbiqini və başqa məhdudlaşdırıcı tədbirlərin görülməsinin vacib olduğunu göstərir.

“Hamı bir nəfər kimi vaksinasiyaya getmədi. Azərbaycanda koronavirusa qarşı vaksinlərin vurulmasına bu ilin yanvar ayının 18-də başlanılıb, iki gündən sonra 7 ay tamam olur, amma insanlarımız hələ də tam olaraq vaksinasiyadan istifadə etmək istəmirlər. Vətəndaşlarımız bilməlidir ki, xilas yolu, problemdən çıxış vaksinasiya ilə bağlıdır. Saxta vaksin pasportlarını hansı yollarla əldə etməyi düşünməkdənsə, gedib normal qaydada vaksinsiya olunsunlar. Dövlətimiz, həkimlərimiz neçə vaxtdır ki, xəbərdarlıq edirlər ki, kütləvi tədbirlərdən qaçın, toylar qaydalara uyğun keçirilsin. Görünən o ki, insanlarımız, öz sağlamlıqlarının qayğısına qalmaq istəmir. Dövlət isə əksinə, vətəndaşlarının sağ qalması üçün sərt karantin rejimini tətbiq etməyə məcbur qalır.”

 

İLTİFAT