adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Avqust 2021 11:46
17831
MARAQLI
A- A+

İrlandiyadan başlayan Boykot

1880-ci ildə İrlandiyada qıtlıq baş verir. Torpaq məhsuldar olmadığı üçün əkinçilər bu dövrdə xeyli çətinlik çəkir və mülkədarlardan endirim tələb edirlər. Təklif edilən endirimlərlə razılaşma əldə olunmur və etirazlar daha da böyüyür.

İrlandiyada yaşayan ingiltərəli bir mülkədar elə həmin dövrdə 11 icarədarını işdən kənarlaşdırır. Əkinçilər və sakinlər bundan qəzəblənirlər. Heç kim həmin ingilis mülkədara işləmir, heç kim onunla alqı-satqı aparmır, salamlaşmır, hətta poçtdan onun məktubları belə ünvanına göndərilmir.

Beləliklə, ingilis mülkədar İrlandiyadan köçməyə məcbur qalır. Həmin mülkədarın adı Çarlz Boykot-dur. “Boykot etmək” ifadəsi Çarlz Boykotun başına gələn bu hadisə ilə bağlıdır.

Qeyd edək ki, bir şəxs və ya quruma qarşı etiraz məqsədi ilə sivil qaydada mübarizə aparmaq, onunla bütün münasibətləri kəsmək, ona heç bir fayda verməmək kimi mənaları daşıyan hərəkat “boykot” adlanır.

Eminquey