adalet.az header logo
  • Bakı 20°C
17 Avqust 2021 17:26
19946
SAĞLAMLIQ
A- A+

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Avqustun 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 71 732 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan

 bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 662, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 070 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 866 215, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 473 806, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 392 409 təşkil edir.